Bakıda fəhlə faciəli hadisə nəticəsində öldü

15:01 - 21 Sentyabr 2020 - HADİSƏ

Sentyabrın 19-da saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Aparılmış araşdırmalarla Yasamal rayonu ərazisində yerləşən “Royal Park” yaşayış massivinin “A” blokunda tikinti işlərinin aparıldığı evdə fəhlə işləyən Polad Eynullayevin sıvay-qazma işləri apararkən dəmir borunun üzərinə düşməsi nəticəsində xəsarət alması müəyyən edilmişdir. Hazırda faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti