“WhatsApp”da yeni funksiya işə salınacaq

14:25 - 21 Sentyabr 2020 - Xəbər

“WhatsApp” messenceri bir hesaba bir neçə qurğunun bağlanmasına imkan verən funksiya işə salır.

Bu funksiyanın yekun versiyası artıq hazırdır və yaxın zamanlarda beta-sınaqlar işə salınacaq.
Yeniliyə əsasən, “WhatsApp”da “Əlaqəli qurğular” düyməsi peyda olacaq.

Bu funksiya vasitəsilə bir hesaba 4-dək qurğu bağlana biləcək. Bir dəfə bağlandıqdan sonra digər qurğulardan hesaba smartfonun köməyi olmadan qoşulmaq mümkün olacaq. Həmin qurğularda yazışma tarixçəsini, oxunma işarəsini sinxronlaşdırmaq mümkün olacaq.///trend

Xəbər xətti