Namiq Abdullayev millimizin baş məşqçisi oldu

Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar gerçəkləşib.

Bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında açıqlama verib.
Federasiya rəsmisi bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə milli komandanın baş məşqçi sükanı arxasına gətirilib.

Olimpiya çempionu Namiq Abdullayev isə sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub. O, yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib.
N. Əliyev sərbəst güləş yığmasının bir çox üzvünün Dağıstanda qaldığını və Azərbaycana gələ bilmədiyini söyləyib. O, Abdullayevin bu müddətdə Azərbaycanda qalan yerli idmançılarla hazırlıq keçdiyini xatırladıb.

Qurumun prezident əvəzi yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında müəyyən irəliləyişlərə nail olunduğunu da vurğulayıb. O, gələn ilin mart-aprelindəki lisenziya yarışlarında olimpiadaya vəsiqələrin qazanılacağına ümid etdiyini bildirib.///report

Tarix
21 Sentyabr 2020 [14:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-21 14:15:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin