Bakıda yol qəzası olub, tıxac yaranıb -FOTO

17:53 - 20 Sentyabr 2020 - HADİSƏ

Neftçilər prospektində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının qarşısında Hökumət evi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. 

O, qeyd edib ki, hazırda hadisə baş verən hissəyədək yolun hər iki istiqamətində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur./report


Xəbər xətti