220 min dollara baş gələn təyyarədən möhtəşəm ev yaratdı - FOTOLAR

19:04 - 19 Sentyabr 2020 - MARAQLI

ABŞ-da 64 yaşlı təqaüdçü aldığı köhnə təyyarədən möhtəşəm ev yaradıb. Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, elektrik mühəndisi Bryus Campell, ömrü boyu yaradıcılıq qabiliyyətinə malik biri kimi tanınıb. Hələ 20 yaşlarında olarkən Oregon ştatının “Hillsboro” meşəliyindən 23 min dollara 10 sot torpaq sahəsi alan Campbell, 1999-cu ildə Yunanıstanın “Olympic Airways” aviaşirkətindən 100 min dollara köhnə “Boeing 727” təyyarəsi almağa qərar verir və hava gəmisinin ABŞ-a gətirilməsi üçün daha 120 min dollar ödəyir. Ümumilikdə 220 min dollara başa gələn layneri, aldığı meşəlik əraziyə yerləşdirir və onu dünyada bənzəri olmayan evə çevirir.

Bryus, təyyarənin göyərtəsində lazım olan bütün şəraiti və rahatlığı yaradır.

Hazırda 64 yaşlı təqaüdçü, düzəltdiyi həmin qeyri-adi və möhtəşəm evdə yaşayır. 

 

Namiq Musayev

 

Xəbər xətti