Cəlilabadda yaşayış evi yanıb

18:27 - 18 Sentyabr 2020 - HADİSƏ

Cəlilabad rayonunun Suluçeşmə kəndində Gülnişan Əliyevaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.


"Report"un Muğan bürosunun məlumatına görə, yanğın nəticəsində evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və əşyaları yanıb.

Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti