Azərbaycanın valyuta ehtiyatlarının məbləği açıqlanıb

17:14 - 18 Sentyabr 2020 - İQTİSADİYYAT

Aşağı neft qiymətlərinə baxmayaraq ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hazırda strateji valyuta ehtiyatları 51,4 milyard ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0,6% çoxdur. AMB-nin valyuta ehtiyatları isə ilin əvvəlindən 3,7% artıb.

Xəbər xətti