Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin məzarı ziyarət olunub -Foto

18 sentyabr - Milli Musiqi Günü münasibətilə ilə bu gün mədəniyyət və incəsənət xadimləri l Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin və görkəmli müğənni Müslüm Maqomayevin məzarlarını ziyarət ediblər.

Mərasimdə Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və başqaları iştirak ediblər.

A.Kərimov qeyd edib ki, 18 sentyabr Azərbaycan xalqı üçün əsl bayram günüdür: “Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. O, xalqımızın mənəvi qüdrətinin böyük timsalıdır. Qarabağda, Qafqazın konservatoriyası adlanan Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Milli mədəniyyət bir çox məsələlərə görə Üzeyir bəyə minnətdar olmalıdır. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, öz musiqisində Şərq və Qərb musiqisinin vəhdətini yaradıb. Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünasları nəsli yetişdirib". ///report

Tarix
18 Sentyabr 2020 [13:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-18 13:28:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin