Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım- FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "instagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib

Ucnoqta.az xəbər verir ki, paylaşımda qeyd edilir:

"Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!"

Tarix
18 Sentyabr 2020 [11:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-18 11:46:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin