Xaçmazda kürəkən qayınana və qayınatasını güllələyərək öldürüb - Yenilənib

10:47 - 18 Sentyabr 2020 - HADİSƏ

Xaçmazda kürəkəni tərəfindən güllələnərək xəsarət alan kişi xəstəxanada ölüb.

"Report"un məlumatına görə, kürəkəni R.Osmanov tərəfindən ov tüfəngindən açılan atəşlə ağır xəsarət alan Beykəs Mirzəcan oğlu Yunusov yerləşdirildiyi Xaçmaz rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09.40

Xaçmaz rayonununda qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasına atəş açıb.

1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə  yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili tibbi  yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti