Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum olub

17:46 - 17 Sentyabr 2020 - HADİSƏ

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclasının vaxtı məlum olub.

Bu barədə “Report“a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, iclas sentyabrın 28-i saat 15.00-a təyin edilib. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Xəbər xətti