Bakı sakini kürəkənini güllələdi

13:26 - 17 Sentyabr 2020 - HADİSƏ

Bakıda güllələnmə hadisəsi olub.

Daxili İşlər nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron (pnevmatik) götürülüb.

Xəbər xətti