Çinli virusoloqdan gündəmi alt-üst edən AÇIQLAMA

Ölkəsindən qaçdıqdan sonra virusun insan tərəfindən yaradıldığını iddia edən və bu mövzuda açıqlamalar verəcəyini söyləyən doktor Yan yayımlanan hesabatda Covid-19-un laboratoriya mühitində digər virusların genetik materialları ilə manipulyasiya edilərək yaradıldığını yazıb.

Yanın hesabatına görə, Covid-19 iki fərqli yarasadan alınan koronavirusların qarışdırılması nəticəsində əldə edilib. Hesabatda deyildiyi kimi, koronavirusdakı sivri çıxıntılara bənzəyən zülallar insan bədənindəki hüceyrələrə asanlıqla yapışması üçün xüsusi olaraq hazırlanıb.

Çinli virusoloqun bu inanılmaz iddiaları həmkarları tərəfindən elmi olmayan və sui-qəsd nəzəriyyəsinə bənzədiyi bildirlərək rədd edilib. Bununla birlikdə, Yanın hesabatı "Zenodo” adlı saytda 150 mindən çox oxunub və sosial mediada paylaşılıb. ABŞ-dan olan media qurumları Yanla görüşüb müsahibələr almağa davam edir və iddiaları gündəmə gətirir.

Yan hesabatını yayımlayan "Zenodo” saytı Qanunun Aliliyi Cəmiyyəti və Qanunun Aliliyi Fondu adlı iki təşkilat tərəfindən maliyyələşdirilir. Bu qurumlarla əlaqəli çox təəccüblü bir nüans da diqqət çəkir.
Maliyyənin arxasında Trampın fırıldaqçılıqda ittiham olunan keçmiş müşaviri Stiv Bannon və Amerikada yaşayan Çin əleyhinə əmlak milyarderi iş adamı Quo Venqui var. Quo Venquinin Tramp ilə sıx əlaqələrinin olduğu bilinir.

Yanın iddialarını dəstəkləyən hesabatı dərc edən saytın arxasındakı bu iki ad Trampı Çini koronavirusda günahlandıran və son aylarda virusun texnogen olduğu iddialarını tez-tez dilə gətirən Trampın dəstəyini aldığını göstərir.
Koronavirusun ortaya çıxdığı günlərdə Honq Konq Xalq Sağlamlığı Məktəbində çalışan viroloq Dr. Yan Covid-19-un Çinin Vuhan şəhərindəki bir heyvan bazarından çıxması iddialarının yalan və oyun olduğunu iddia edib.

"Virus Vuhandaki heyvan bazarından, yəni təbiətdən qaynaqlanır. Bu, bir yalandır. Görünən budur ki, genomda insan barmağının izi var. Bunları əsas götürərək bu şeyləri təyin edə bilərsiniz", - Yan "Loose Vomen” televiziya proqramına verdiyi açıqlamada deyib.

Yan bildirib: "İnsanlara bunun nə üçün Çindəki laboratoriyadan gəldiyini, bunu niyə onların etdiyini izah etmək üçün bu dəlillərdən istifadə edəcəm. Bioloji bilginiz olmasa belə, açıqladığım məlumatları anlaya biləcəksiniz".

Dr. Yan virusun insandan insana keçdiyini aşkar edən ilk viroloqlardan biri olub. Li-Meng Yan açıqlamasında epidemiyalarla bağlı araşdırma apardığını, ancaq rəhbərlərinin tapdığı vacib məlumatları görməməzlikdən gəldiyini və gizlətməyə çalışdıqlarını iddia edib.
Alim bu çox vacib məlumatların Çin Kommunist Partiyası rəsmiləri və öz rəhbərləri tərəfindən gizlədilməyə çalışıldığını bildirib.

Li-Menq Yan təcrübələrindən sonra Honq Konqdan ABŞ-a getdiyini və virusu dünyaya elan edə bilmək üçün bu qaçışa qərar verdiyini söyləyib.
Çin hökumətinin Honq Konq Universitetində onun araşdırmalarına mane olduğunu və xaricdən gələn mütəxəssislərin araşdırma aparmasına icazə vermədiyini söyləyən alimin bu ifadələri böyük rezonans doğurub.

Li-Menq Yan televiziya yayımındakı açıqlamasında "Çinin mənim kimi insanlara nə etdiyini çox yaxşı bildiyim üçün ABŞ-a qaçmalı oldum", - deyib. Li-Men Yan hazırda təhlükəsizlik səbəbi ilə ABŞ-da heç kimin bilmədiyi bir yerdə gizlənir.

Çinli alim açıqlamalarında virusla bağlı qorxulu məlumatlar da verib.
Heç vaxt ölkəsinə qayıtmayacağımı bildiyini söyləyən Dr. Yan virusun düşündüyümüzdən daha ölümcül olduğunu və buna qədər əlimizdə olan bilgilərlə virusla mübarizə aparmağın çətin olduğunu izah edib:

"Dünyada hazırda 6 milyard insanın olduğunu fərz etsək, virus hər 600 nəfərdən birinə yoluxur. Bununla birlikdə, ötürmə dərəcəsi də çox yüksəkdir. Tezliklə bu nisbətin hər 100 nəfərdən birinə yüksəldiyini görəcəyik".

"Çinin ölüm sayını bu günə qədər necə gizlətdiyini düşünün. Hazırda bir peyvənd tapa bilməmişik və bu yaxınlarda olacağı da gözlənilmir. Edə biləcəyimiz tək şey çox diqqətli olmaq və özümüzü, yaxınlarımızı, ətrafımızı virusdan qorumaqdır. Peyvənddən bir möcüzə gözləmək əvəzinə virusun mənşəyini və necə ortaya çıxdığını ortaya qoymalıyıq. Bunu dünyaya izah etmək üçün ölkəmdən qaçdım”, - Yan əlavə edib.

Li-Menq Yanın iddialarına Honq Konqda çalışdığı universitetdən də cavab gəlib. Li-Menq Yanın iddialarını təkzib edən universitet araşdırmaların ört-basdır olunmadığını və məsuliyyət daşıdığını rədd edib.

Son aylarda dünyaya ilk dəfə koronavirus haqda məlumat verən, ancaq səlahiyyətlilər tərəfindən yalan məlumat verməkdə günahlandırılan bir çinli həkim də virus üzündən həyatından olub.
ABD tarafından Çin'le birlikte Covid-19 salgınını dünyaya duyurmakta geç kalmakla DSÖ de suçlanmıştı.

Qeyd edək ki, Çin ilə birlikdə ÜST də ABŞ tərəfindən Covid-19 epidemiyasını dünyaya elan etməkdə gecikdiyinə görə günahlandırılır.///qaynarinfo

Tarix
17 Sentyabr 2020 [13:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-17 13:05:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin