Bu gün "Neftçi" "Qalatasaray"la qarşılaşır

09:05 - 17 Sentyabr 2020 - İDMAN

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Azərbaycan təmsilçisi "Neftçi" turnirdə növbəti oyununu keçirəcək. Flaqman Türkiyə nəhəngi "Qalatasaray"la qarşılaşacaq.

Bakı Olimpiya Stadionundakı görüş saat 20:00-da start götürəcək.

17 sentyabr

UEFA Avropa Liqası

II təsnifat mərhələsi

20:00. “Neftçi” – “Qalatasaray” (Türkiyə) 
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

Qeyd edək ki, I raundda Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırmış "ağ-qaralar" İstanbul təmsilçisini də keçəcəyi təqdirdə növbəti mərhələdə “Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.///report

Xəbər xətti