Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

11:38 - 16 Sentyabr 2020 - Xəbər

Ermənistanda daha 257 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 46 376-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 923-ə çatıb. İndiyədək 42 069 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 3 101 aktiv koronavirus xəstəsi var.///report

Xəbər xətti