İsmayıllının kənd yolları təmir olunur -Foto     
                    
                     
                    
                        
                                         
             
            15:36  -  15 Sentyabr   2020 -  ÖLKƏ İÇİ
                    
                    
                                                                  
                                                  
                            
                            Sumağallı-Qalacıq avtomobil yolunun 0-4  kilometrlik hissəsində cari təmir işləri aparılır. Ucnoqta.az xəbər verir ki, yolda yaranmış qabarmalar aradan qaldırılır və çuxurlar doldurularaq dağılmış asfalt örtüyü yenidən bərpa olunur. İşlər “9 №-li Yol İstismarı” MMC tərəfindən həyata keçirilir.
Bundan əlavə Çayqovuşan kəndinin mərkəzi yolu texnika vasitəsilə düzləşdirilir və çınqıl materialı döşənir. Həmçinin, güclü yağışlar zamanı yaranmış sel sularının yola ziyan vurmaması üçün  6 yerdə su ötürücü borular quraşdırılır. Görülmüş işlərdə xeyriyyəçi kənd sakinləri yaxından iştirak edib. Növbəti mərhələlərdə qeyd olunan yola asfalt örtük döşənməsi nəzərdə tutulur.