Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllının kənd yolları təmir olunur -<font color=red><b>Foto</b></font>

15:36 - 15 Sentyabr 2020 tarixində dərc olunub.
Sumağallı-Qalacıq avtomobil yolunun 0-4  kilometrlik hissəsində cari təmir işləri aparılır. Ucnoqta.az xəbər verir ki, yolda yaranmış qabarmalar aradan qaldırılır və çuxurlar doldurularaq dağılmış asfalt örtüyü yenidən bərpa olunur. İşlər “9 №-li Yol İstismarı” MMC tərəfindən həyata keçirilir. Bundan əlavə Çayqovuşan kəndinin mərkəzi yolu texnika vasitəsilə düzləşdirilir və çınqıl materialı döşənir. Həmçinin, güclü yağışlar zamanı yaranmış sel sularının yola ziyan vurmaması üçün  6 yerdə su ötürücü borular quraşdırılır. Görülmüş işlərdə xeyriyyəçi kənd sakinləri yaxından iştirak edib. Növbəti mərhələlərdə qeyd olunan yola asfalt örtük döşənməsi nəzərdə tutulur.
Müəllif: