Bir müddət öncə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtın bir sıra küçələrində yollarda yeni çıxıntılar inşa edilməyə başladı. BNA bu çıxıntıları piyada təhlükəsizliyi məqsədilə yaradıldığını bildirirdi.
Ucnoqta.az xəbər verir ki, Agentliyin yollarda quraşdırdığı bu çıxıntılar ekspertlər və sürücülər tərəfindən birmənalı qarşılanmadı. Belə ki, bu yollarda hərəkətin çətinləşdirilməsinə xidmət edəcəyi bildirildi.
Bu gün isə artıq BNA yollarda quraşdırdığı bu çıxıntıları sökməyə başlayıb.