Ana səhifə Mobil versiya
25 Sentyabr 2020

Rusiyada azərbaycanlı onu cərimələyən polisi dişlədi

Rusiyanın Volqoqrad vilayətində Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanlarının əməkdaşının çiynini dişləyib.

Gorvesti.ru xəbər verir ki, Traktorozavodski Rayon Məhkəməsi həmin şəxs barəsində qərar verib.

Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan vətəndaşı inzibati xəta törədib. Hüquq-mühafizə orqanlarının əməkdaşı onun barəsində protokol tərtib etməyə başladıqda, həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşına hücum edərək çiynindən dişləyib.

Ona qarşı “hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə” maddəsi ilə cinayət işi başlanıb.

Həmin şəxs səhvini etiraf edərək tutduğu əməldən peşman olduğunu bildirib.

Buna görə də o, yüngül cəza ilə cazalandırılıb; 10 min rubl (226 AZN) cərimələnib.///oxu.az

 

Tarix
15 Sentyabr 2020 [10:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-15 10:42:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin