Sentyabrın 14-də Biləsuvar rayonunda 2019-2020-ci tədris ilinin başa çatması və yeni dərs ilinin başlanması münasibətilə videokonfrans keçirilib
Ucnoqta.az xəbər verir ki, videokonfransda rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, təhsil işçiləri və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.
Videokonfransda 2019-2020-ci tədris ilində görülmüş işlər, əldə olunmuş nəaliyyətlər və 2020-2021-ci tədris ilində qarşıda duran vəzifələr barədə Biləsuvar rayon Təhsil şöbəsinin müdiri Aqşin Bağırov məlumat verib.
Biləsuvar İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov videokonfransda çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə olan xüsusi diqqəti və qayğısı nəticəsində son illər bu sahədə görülmüş işlər barədə danışıb. İcra başçısı bildirib ki,aparılan bu işlərin davamı olaraq rayonda ümumtəhsil məktəblərinin inşaası və əsaslı təmiri, maddi-texniki bazanın daha da gücləndirilməsi günün əsas tələbi olmalıdır.
Faiq Qürbətov qeyd edib ki, bu gün ən müasir tələblərə cavab verən təhsil müəssisələrinin yaradılması hər bir müəllimin və şagirdin üzərinə daha böyük məsuliyyətlər qoyur.Müəllimlərimiz bu günün şagirdi və sabahın müstəqil vətəndaşı olan gənclərimizin savadlı və vətənpərvər şəxsiyyət olaraq yetişməsində var qüvvələrini əsirgəməməlidirlər.
F.Qürbətov tədris müəssisələrinin rəhbərlərinə pandemiya şəraitində daha diqqətli olmalarını bildirərək, onlara ilk növbədə hər bir şagirdin və müəllimin sağlamlığının daim nəzarətdə saxlanılmasını və mütəmadi olaraq məktəblərdə dezinfeksiya işlərinin aparılması ilə yanaşı qoruyucu vasitələrdən istifadə edilməsinə ciddi nəzarət olunmasını qeyd edib.
Sonra F.Qürbətov yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini, müəllimləri, şagirdləri təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb.
Videokonfransda iştirak edən millət vəkili Bəhruz Məhərrəmov çıxış edərək yeni dərs ilinin başlanması ilə əlaqədar ümumtəhsil müəssisələrinin kollektivlərini təbrik etdi və xoş arzularını bildirib.