İti pələng kimi rəngləyib küçəyə buraxdılar - FOTO

13:57 - 7 Sentyabr 2020 - MARAQLI

Malayziyada naməlum şəxslər küçə itini rəngləyərək pələngə oxşadıblar. Bu barədə Ucnoqta.az “The Mirror” nəşrinə istinadən xəbər verir. Məlumata görə, pələng kimi rənglənmiş iti küçədən keçən yerli vətəndaşlardan biri görüb və heyvanın şəkilini çəkərək sosial şəbəkədə paylaşıb.

Fotonu görən heyvan müdafiəçiləri itin bu halından hiddətləniblər. Hələlik bu hərəkəti edən şəxslərin məqsədi məlum deyil.

Ancaq Heyvan Müdafiəçiləri Dərnəyi günahkarları tapıb mühakimə edənlərə və itin özünü tapanları mükafatlandıracağına söz verib.

 

Namiq Musayev

Xəbər xətti