Bakı Uşaq və Gənclər Teatrı yeni mövsümə başlayır

18:34 - 4 Sentyabr 2020 - Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrının kollektivi rəsmi məzuniyyətdən geri dönüb.

Ucnoqta.az xəbər verir ki, yeni mövsümə başlayan Bakı Uşaq və Gənclər Teatrı bu münasibətlə videoiclas keçirib. Kollektivi yeni mövsüm münasibətilə təbrik edən teatrın direktoru, bədii rəhbəri, respublikanın əməkdar artisti İntiqam Soltan yeni tamaşalar, layihələr, teatrın gələcək planları haqqında müzakirə aparıb, müəyyəb tapşırıqlar verib.

İntiqam Soltan bundan sonra da Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq davam etdiriləcəyini bildirib, o cümlədən yaradıcı heyəti yaranmış fasilədən səmərəli şəkildə faydalanmağa, hər bir aktyoru öz üzərində çalışmağa, yarımçıq qalan tamaşaların məşqlərini onlayn şəkildə həyata keçirməyə davam etməyə, karantin bitdikdən sonra dərhal teatrın həyata keçirəcəyi yeni layihələrə hazır olmağa çağırıb.

Xəbər xətti