Ana səhifə Mobil versiya
25 Sentyabr 2020

Dünyanın ən sürətli limuzini 400 min dollara satışa çıxarıldı - FOTO

Avstraliyada dünyanın ən sürətli limuzin kuzalı “Ferrari 360 Modena” markalı avtomobili satışa çıxarılıb. Ucnoqta.az yerli KİV-ə istinadən xəbər verir ki, avtomobilin salonunda sürücü və ön sərnişindən başqa 8 nəfər də otura bilər.

Məlumata görə, limuzin cəmi 65 min kilometr sürülüb. O, 100 kilometr saatı  6,2 saniyəyə yığır, onun maksimal sürəti isə 270 km/s-dır. Avtomobilin salonunun bəzəyi üçün bahalı materialdan istifadə edilib və buda modelə əlavə dəyər qazandırıb. Bundan əlavə, maşına yeni müasir multimedia sistemi ilə bərabər bir neçə sensorlu ekran da quraşdırılıb.

Bildirilir ki, “Ferrari 360 Modena” limuzinin qiyməti 400 min dollardır.

Maşın öz sinfində dünyanın ən sürətli və uzun “Ferrari”si kimi Ginnessin rekordlar kitabına düşüb.

 

Namiq Musayev

 

Tarix
27 Avqust 2020 [16:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-27 16:24:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin