Xızı rayonunda yanğın davam edir.
Bu barədə Xızı rayon İcra Hakimiyyətindən bildiriblər. Yanğın rayonun Dizəvər kəndində baş verir. Qey olunub ki, həmin ərazi qeyri yaşayış sahəsidir:
"Yanğının demək olar çox hissəsinin qarşısı alınıb və tam söndürülməkdə davam edir. Hazırda FHN əməkdaşları ərazidədirlər və o cümlədən kənd nümayəndələri də ora cəlb olunublar. Qonşu rayonlardan da yanğının qarşısını almaq üçün kömək çağırılıb. Hadisə olan ərazi qeyri yaşayış sahəsidir, yanan hissə kol-kosdur, amma meşəyə yaxın yerədədir"./trend