Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Xızıda güclü yanğın</b></font> - FHN hadisə yerində

14:26 - 27 Avqust 2020 tarixində dərc olunub.

Xızı rayonunda yanğın davam edir.


Bu barədə  Xızı rayon İcra Hakimiyyətindən bildiriblər. Yanğın rayonun Dizəvər kəndində baş verir. Qey olunub ki, həmin ərazi qeyri yaşayış sahəsidir:

"Yanğının demək olar çox hissəsinin qarşısı alınıb və tam söndürülməkdə davam edir. Hazırda FHN əməkdaşları ərazidədirlər və o cümlədən kənd nümayəndələri də ora cəlb olunublar. Qonşu rayonlardan da yanğının qarşısını almaq üçün kömək çağırılıb. Hadisə olan ərazi qeyri yaşayış sahəsidir, yanan hissə kol-kosdur, amma meşəyə yaxın yerədədir"./trend

Müəllif: