Yol kamerasını "ələ keçirən" tutuquşunun "ŞOU"su - VİDEO

14:52 - 25 Avqust 2020 - MARAQLI

Yol hərəkəti kamerasına poza verən tutuquşunun görüntüləri sosial şəbəkə izləyicilərinin gülüşünə səbəb olub. Ucnoqta.az xəbər verir ki, maraqlı hadisə Avstraliyanın Pert şəhərində qeydə alınıb.

Kadrlarda, nəqliyyatın hərəkətini müşahidə edən kameranın qarşısına ağ tutuquşunun qonduğu və obyektivi dimdiklədiyi görülür.

Videonu izləyən şərhçilərdən biri, “Hər kəsin, kamera önündə poza verməyi sevən belə dost var” sözlərini yazıb.

 

Namiq Musayev

 

Xəbər xətti