Bakıda iki avtomobil toqquşdu- ölən var

12:23 - 25 Avqust 2020 - HADİSƏ

Avqustun 24-də saat 10 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şabran rayon sakini N.Bəyməmmədovun idarə etdiyi “Man” və Bakı şəhər sakini B.Ələkbərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Ələkbərovun sərnişini, Tovuz rayon sakini Firuddin Məhərrəmov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti