Azərbaycanlı həkim koronavirusdan sağaldı

12:43 - 15 Avqust 2020 - Xəbər

“Tədris-Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev artıq sağalıb və evinə yola salınacaq”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, C.Paşayev iş zamanı koronavirusa yoluxub:
“O, bu xəstəliyi çox ağır şəkildə keçirdi. Artıq sağalıb. Onun müalicəsini nəzarətə götürdüyü üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edirik”.

Qeyd edək ki, Cavid Paşayev yoluxma sayının artdığı son dönəmdə gərgin işləyib və nəticədə, özü də virusdan qoruna bilməyib. Onun KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra isə müalicənin daha effektli və daha sürətli aparılması üçün EKMO cihazının mövcudluğu nəzərə alınaraq, Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.///oxu.az

Xəbər xətti