Rusiyadan peyvəndin alınması ilə bağlı danışıqlara başlamamışıq- TƏBİB

11:56 - 15 Avqust 2020 - Xəbər

Rusiyada koronavirus xəstəliyinə qarşı istehsal olunan peyvəndin alınması ilə bağlı danışıqlara başlamamışıq.

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hər bir peyvəndin istehsalı ilə bağlı proseslər, məluatar ümidlə izləyinilir. Amma hər peyvənd istifadə edilməmişdən əvvəl 3 əsas yoxlama prosesindən keçməlidir: “Çünki biz peyvəndin tamamilə zərərsiz, koronavirus üçün effektli olduğu zaman onun ölkəmizə alınıb gətirməyi düşünürük. Bu istiqamətdə beynəlxalq, məşhur Avropa şirkətləri ilə danışıqlar aparılır. Amma hazırda Rusyadakı peyvəndin tətbiqinin nəticəsini gözləmək lazımdır. Məlumatar çox ümidvericidir, amma indi onun istifadəsi ilə bağlı konkret fikir söyləmək çox tezdir”.

Xəbər xətti