Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Abşeronda DƏHŞƏT: Ər arvadın başını kəsdi – TƏFƏRRÜAT

Abşeron rayounda keçmiş arvadının boğazını kəsməkdə ittiham olunan Nahid Bayramovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu ilin yanvarın 20-də, rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Nahid Bayramov aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Gülgəz Əliyevanın bıçaqla boğaz nahiyəsini kəsib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Gülgəz Əliyeva hadisədən bir neçə ay öncə ərindən boşanıb. Elə sonuncu dəfə evə gələn Nahid Bayramov barışmaq istəsə də, sonuncu müsbət cavab ala bilməyib.
Bu zaman o, bıçağa əl atıb.

İstintaq orqanı tərəfindən Nahid Bayramovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.///teleqraf.com

Tarix
15 Avqust 2020 [10:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-15 10:31:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin