Ronaldo və sevgilisi yaxta gəzintisində - FOTO

10:14 - 15 Avqust 2020 - Xəbər

“Yuventus”un hücumçusu Kristiano Ronaldonun lüks yaxtasında istirahət edərkən nişanlısı model Corcina Rodriqezin fotosu çəkilib.

“Daily Mail” modelin fotolarını yayımlayıb.
26 yaşlı Rodriqes qara bikinidə, üzgüçülük gözlüklərində suya dalış zamanı yaxalanıb. Bəzi şəkillərdə Ronaldo da onun yanındadır.

Cütlüyün Fransa sahillərində San-Tropedə altı milyon avro dəyərində yaxtada dincəldiyi məlumdur.
2016-cı ildən bəri görüşən Ronaldo və Rodriqes 2018-ci ildə nişanlanıblar. Onların Alana Martina adlı qızı var. Həmçinin onlar surroqat analardan futbolçunun Criştianu, Eva və Mateo adlı üç övladını böyüdürlər.///oxu.az


Xəbər xətti