Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Bu gün Çempionlar Liqasında son yarımfinalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Bu raundun son oyununda İngiltərənin "Mançester Siti" klubu ilə Fransa "Lion"u qarşılaşacaq. Görüş Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq.

Niderlandlı FIFA referisi Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
"Şəhərlilər"in heyətində argentinalı hücumçu Serxio Aquero zədə səbəbindən oyunu buraxacaq. Liqa 1 təmsilçisində isə itki yoxdur.

Bu cütün qalibi növbəti mərhələdə "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.

13 avqust

Çempionlar Liqası, 1/4 final

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)
Baş hakim: Denni Makkeli
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu
///report

Tarix
15 Avqust 2020 [08:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-15 08:50:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin