Ana səhifə Mobil versiya
24 Sentyabr 2020

Ceyhun Bayramov BƏƏ-nin Azərbaycandakı səfiri ilə görüşüb

Bu ilin 14 avqust tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub.
Səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi Xarici İşlər naziri təyinatı ilə əlaqədar Ceyhun Bayramova səmimi təbriklərini çatdırıb. Azərbaycanda diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir Ceyhun Bayramov səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Tarix
14 Avqust 2020 [17:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-14 17:04:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin