Ana səhifə Mobil versiya
21 Sentyabr 2020

Paşinyan BBC-nin efirində pis vəziyyətə düşüb

“Sadəcə bilmək istəyirəm, öz üzərinizə məsuliyyəti götürüb, Ermənistan silahlı qüvvələrinin törətdiyi sui-istifadə və cinayətlərə görə üzr istəyə bilərsinizmi? Sadə bir sualdır. Hə, ya yox?”.

“Report” xəbər verir ki, bu sualı BBC-nin “Hardtalk” verilişinin aparıcısı Stiven Sakur Ermənistan baş naziri Nikol Paşinyana ünvanlayıb.
İngilis dili biliyi zəif olan Nikol Paşinyan aparıcının açıq sualından yayınsa da, aparıcı onun sözünü kəsərək bunu ona xatırladıb: “Görünür, siz “üzr istəyirəm” deməyəcəksiniz”.

S.Sakur suallardan yayınmaq üçün cavabları tarixi müstəviyə endirməyə çalışan Nikol Paşinyana məsələləri günümüzün reallıqları baxımından nəzərdən keçirməyi tövsiyə edib. Teleparıcı BMT-nin Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi qətnamələri Ermənistan başçısına xatırladıb: “Orada dəqiqliklə qeyd olunub ki, bütün erməni qüvvələri Azərbaycan Respublikasının ərazisindən çəkilməlidir. Beynəlxalq hüquqa əsasən, sizin oradakı qüvvələriniz işğalçı qüvvələrdir. Siz isə həmin əraziyə gedib oranın sizə aid olduğunu deyirsiniz. Belə çıxır ki, siz heç də sülh keşikçisi deyilsiniz”.

Tarix
14 Avqust 2020 [16:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-14 16:02:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin