Ana səhifə Mobil versiya
21 Sentyabr 2020

Ağac kəsən şəxs cəzalanıb

Abşeron rayonu, Novxanı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.


Bunu  Xidmətin rəis müavini Ramal Bağırov bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı Kərim Kərimov küçəsində 10 sərv ağacının kəsildiyi, 5 sərv ağacının isə budandığı məlum olub.

Araşdırma zamanı ağacların kənd sakini Solmaz Fətəliyevanın göstərişi ilə kəsildiyi və təbiətə 1960 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Abşeron rayon Prokurorluğuna göndərilib”./trend

Tarix
14 Avqust 2020 [15:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-14 15:14:49
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin