Ana səhifə Mobil versiya
19 Sentyabr 2020

"Leypsiq" yarımfinala yüksəldi

Almaniyanın "Leypsiq" klubu Çempionlar Liqasının dörddəbir final matçında İspaniyanın "Atletiko" komandasını 2:1 hesabı ilə məğlub edib. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Qalib tərəfdən qolları Dani Olmo (51-ci dəqiqə) və Tayler Adams (88), "Atletiko"dan isə Joau Felish (70, penalti) vurublar. "Leypsiq" Münhenin "Bavariya" və Dortmundun "Borussia"sından başqa 2011-ci ildən Çempionlar Liqasının yarımfinalına çıxan ilk alman komandasıdır. Turnirin yarımfinalında "Leypsiq" İtaliyanın "Atalanta" komandasını 2:1 hesabı ilə məğlub edən Fransanın "Pari Sen Jermen"i ilə oynayacaq. Digər dörddəbir finallarda daha sonra Almaniyanın "Bavariya" və İspaniyanın "Barselona", eləcə də İngiltərənin "Mançester Siti" və Fransanın "Lion" klubları görüşəcəklər.
Tarix
14 Avqust 2020 [08:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-14 08:19:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin