Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Narkotiki təbliğ edən videolar yayan şəxs həbs edildi - Video

“İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs həbs edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, həmin profil səhifəsinin sahibi, Cəlilabad rayon Hacıismayıllı kənd sakini Şahin Şahmarlı saxlanılıb.

O, ifadəsində qeyd edilən sosial şəbəkədə  narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Şahin Şahmarlının mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən Şahin Şahmarlı İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib.

 

Tarix
13 Avqust 2020 [15:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-13 15:15:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin