Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Avqustun ortalarında hava sərin keçəcək

Bu il avqust ayının ortalarında hava sərin keçəcək.

 Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, avqust ayı yay fəslinin ən isti ayıdır:

"Xüsusən də son onilliklərdə ən davamiyyətli isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb. Ötən illərdən fərqli olaraq, bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub".

Məlumatda qeyd edilib ki, bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır:

"Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq. Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq".

Tarix
13 Avqust 2020 [15:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-13 15:12:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin