Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

TAP kəmərinin tikintisi 97% yekunlaşıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 97%-i yekunlaşıb.

TAP konsorsiumundan "APA-Economics"ə verilən məlumata görə, bu, iyulun sonunda qeydə alınan göstəricidir. Məlumata əsasən, layihənin tikinti mərhələləri müəyyən edilmiş cədvələ uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Tarix
13 Avqust 2020 [10:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-13 10:20:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin