Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Rusiya koronavirusa qarşı peyvəndi iki həftə ərzində istifadəyə verəcək

Rusiyada koronavirusa qarşı peyvənd iki həftə ərzində buraxılacaq.

“İnterfax” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mixail Muraşko deyib. Onun sözlərinə görə, peyvəndi ilk olaraq risk qrupundan olan insanlar qəbul edəcək:

“Bu gün keyfiyyətə nəzarət edilir. İki həftə ərzində dərman vasitəsinin ilk paketləri istehsal ediləcək və onlar (aşılama) risk qrupu həkimləri üçün təhvil veriləcək”.

Muraşko Rusiyada qeydə alınan koronavirusa qarşı peyvəndin təhlükəsiz olmadığı barədə iddiaları əsassız adlandırıb:
“Xarici həmkarlarımız yəqin ki, Rusiya dərmanının müəyyən rəqabət üstünlüklərini hiss edərək bəzi fikirləri ifadə etməyə çalışırlar. Bu da bizim fikrimizcə, tamamilə əsassızdır. Həqiqətən, bir çox ölkələr tədqiqat üçün müəyyən məcburi rejimlərdən istifadə etdilər, amma Rusiya peyvəndi artıq müəyyən klinik məlumatlara sahib mövcud bir həlldir”.

Qeyd edək ki, ABŞ-ın baş yoluxucu xəstəliklər mütəxəssisi Entoni Fauçi koronavirusa qarşı Rusiyada hazırlanmış peyvəndin təhlükəsizliyi ilə bağlı şübhələrinin olduğunu deyib. Eyni zamanda, ABŞ prezidentinin köməkçisi Kellian Konvey də Rusiya peyvəndini tənqid etmişdi.///oxu.az

Tarix
13 Avqust 2020 [09:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-13 09:19:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin