Bağlamalar üzərində koronavirus aşkarlandı

20:23 - 12 Avqust 2020 - Xəbər

Çinin şərqindəki Anhoy əyalətində yenidən koronavirus infeksiyası aşkar edilib. Virus Ekvadordan idxal edilmiş krevetka bağlamasının üzərində tapılıb. Qeyd olunur ki, bağlama ekspertizaya aparılıb. Həmin bağlama ilə təmasda olmuş şəxslərin üzərində keçirilmiş testlər mənfi nəticə verib. Bağlamanın yaxınlığında olan digər əşyalar da yoxlamaya göndərilib. Ötən gün Şandun əyalətində dondurulmuş dəniz məhsulları bağlamasında koronavirus aşkar edilmişdi.///trend

Xəbər xətti