Ana səhifə Mobil versiya
20 Sentyabr 2020

Messinin "Bavariya"ya qarşı oynayıb-oynamayacağı dəqiqləşdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Napoli" (İtaliya) ilə cavab oyununda (3:1) zədələnən İspaniya "Barselona"sının kapitanı Lionel Messinin durumuna aydınlıq gəlib.

"Report"un "Sport.es" nəşrinə istinadən məlumatına görə, argentinalı futbolçu komandasının bugünkü məşqinə ayağı sarğılı çıxıb.
Buna baxmayaraq, 33 yaşlı forvardın ÇL-in 1/4 final mərhələsində Almaniya "Bavariya"sına qarşı oynayacağı dəqiqləşib.

Qeyd edək ki, "Barselona" - "Bavariya" matçı avqustun 14-də Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq. 

Tarix
11 Avqust 2020 [22:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-11 22:09:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin