Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Həyətində toy etmək istədi, Cərimələndi- Saatlıda

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşlarının rayonun Dədə Qorqud kəndində keçirdiyi tədbirlər nəticəsində öz evinin həyətində toy məclisi təşkil etməyə çalışan şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.
Toyun təşkilatçılığını edən iki nəfər ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunub, onlar cərimə ediliblər.

Şənliyin digər iştirakçılarına ciddi xəbərdarlıq olunub.

Tarix
11 Avqust 2020 [12:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-11 12:09:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin