Ana səhifə Mobil versiya
19 Sentyabr 2020

Koronavirusun simptomları: Bu əlamətlər sizdə varsa ...- DİQQƏT

Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi biruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş verdiyini bilmir.

Koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edirik:
1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur. İmmunitet zəifdirsə, ürək bulanması və qusma baş verir.
4-cü gün Boğaz ağrısı şiddətlənir, səs boğulur. Yemək və içməkdə çətinlik yaranır. Yüngül baş ağrısı ilə birlikdə, qusma başlayır.
5-ci gün Boğaz ağrısı şiddətlənir. Yemək və içmək olduqca ağrılı bir hal alır. Bədəni tərpətmək, hərəkət etdirmək ağrılı olur. Əzələ ağrıları hiss olunur.
6-cı gün Quru öskürək başlayır. Danışarkən və udqunarkən boğaz ağrısı şiddətlənir. Şiddətli halsızlıq olur. Zaman-zaman nəfəs almaq çətinləşir. Ürək bulanması və qusma çoxalır.
7-ci gün Qızdırma 38 dərəcəyə yüksəlir. Öskürək və bəlğəm şiddətlənir.
8-ci gün Nəfəs almaq çox çətinləşir. Döş qəfəsində şiddətli ağrılar baş verir. Öskürən zaman baş, əzələ ağrıları hiss olunur.
9-cu gün Bütün simptomlar şiddətlə artır, üz və ya dodaqlar göyərir...

Qeyd edək ki, bu simptomları özünüzdə müşahidə etdiyiniz təqdirdə dərhal təcili tibbi yardıma müraciət edin.///axar.az

Tarix
11 Avqust 2020 [09:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-11 09:18:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin