Ceyhun Bayramov Türkiyəyə gedir

12:55 - 10 Avqust 2020 - SİYASƏT

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 11-də Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, C.Bayramovun sözügedən ziyarəti onun Xarici İşlər naziri kimi ölkə xaricinə ilk səfəri olacaq.

Səfər zamanı ikitərəfli və regional məsələlər müzakirə olunacaq, qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Xəbər xətti