“Yoluxmalar artsa, biz yenə də ...”- Şahmar Mövsümov

12:41 - 8 Avqust 2020 - Xəbər

“Əlimizdə olan faktlar göstərir ki, açıq havada virusun yayılma ehtimalı daha azdır”.

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, yumşalmalar sanitar-epidemioloji qaydalara əməl edilməsi, yoluxmanın sayının azalması ilə bağlı edilir: “Burada məsələ hava ilə bağlı deyil. Açıq havada yoluxma ehtimalı daha az olsa da, sanitar-epidemioloji qaydalara ciddi əməl edilməlidir. Çünki yoluxmalar artsa, biz yenə də bağlanmalara məcbur olacağıq”.///Apa

Xəbər xətti