Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

10:08 - 8 Avqust 2020 - HADİSƏ

Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində boğulma hadisəsi qeydə alınıb. 

Avqustun 7-də, təxminən, saat 21:50-də 1987-ci il təvəllüdlü Əhmədova Şəhanə Sərzalı qızı  dənizdə boğulma təhlükəsilə üzləşib. O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Onun 4 aylıq hamilə olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti