Gəncədən Balakənə istirahətə gedənlər cərimələnib

09:57 - 8 Avqust 2020 - Xəbər

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhərindən karantin qaydalarını pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlar Polis Şöbəsinə dəvət edilərək profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri həmin şəxslərə izah olunub.

Qaydaları pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Xəbər xətti