Ana səhifə Mobil versiya
20 Sentyabr 2020

"Bandotdel" Bakıda əməliyyat keçirdi, 30 kq narkotik aşkarlandı - Foto / Video

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddənin realizə olunmasının qarşısı alınıb. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Emin Əhədov saxlanılıb.

Üzərində şəxsi axtarış aparılan zaman ondan 2 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Emin Əhədovun Yasamal rayonunda yaşadığı evdən 21 kiloqram 508 qram narkotik vasitə heroin və 8 kiloqram 989 qram psixotrop maddə metamfetamin aşkar edilib. Bu  əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 30 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. 

Araşdırma zamanı müəyyən edilib ki, Emin Əhədov şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsini təşkil edib. Həmin şəxslə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan Emin Əhədov  narkotik vasitələri Füzuli rayonu ərazisində əldə edəndən sonra yaşadığı evdə saxlayıb. Daha sonra o,  narkotik vasitələri Respublikanın müxtəlif yerlərində gizlədib həmin ünvanların şəklini çəkərək İran vətəndaşına göndərməli imiş. Sonuncu isə həmin məlumatları şəxsiyyətləri istintaqla araşdırılan ölkə ərazisindəki narkokuryerlərə ötürməli imiş.  Qeyd edək ki, Emin Əhədov bir neçə dəfə bu yolla həmin şəxsin vasitəsi ilə narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Emin Əhədov tutularaq istintaqa təqdim olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.///report

Tarix
7 Avqust 2020 [17:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-07 17:06:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin