Ana səhifə Mobil versiya
20 Sentyabr 2020

Türkiyə kəşfiyyatı Beyrutdakı partlayışın səbəbini araşdırır

Türkiyə kəşfiyyatı Beyrut limanındakı partlayışın səbəbini araşdırır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyada cümə namazından sonra jurnalistlərinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı hər hansı dəqiq məlumat əldə edilməyib.

“Beyrutdakı partlayışın miqyası çox böyükdür. Bu, həqiqətən çox böyük fəlakətdir. Türkiyə bu məsələdə Livanı tək qoymayacaq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Yunanıstanla Misir arasında Şərqi Aralıq dənizi ilə bağlı imzalanan müqaviləyə də münasibət bildirib. O qeyd edib ki, bu müqavilənin Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur.

Ərdoğan vurğulayıb ki, Yunanıstan müttəfiq olaraq verilən vədlərə əməl etmədiyi üçün “Barbaros Xeyrəddin” gəmisi Şərqi Aralıq dənizində yenidən araşdırma fəaliyyətinə başlayıb.///Apa

Tarix
7 Avqust 2020 [16:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-07 16:18:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin